28 yanvar 2023 13:48
384

Naxçıvanda “Kibergigiyena layihəsi”nin icrasına başlanılıb

Naxçıvan MR-nın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aidiyyəti əməkdaşları “Kibergigiyena layihəsi”nə qoşulublar

“İki sahil” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti  məlumat yayıb.

Əsas məqsədi informasiya təhlükəsizliyində biliklərin artırılması və möhkəm kiber immuna sahib olan layihə çərçivəsində yerli nazirliyin 34 əməkdaşının kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən edilib.

Kibergigiyena internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza biliklərinin artırılmasını özündə ehtiva edir. Bura həm mövcud risk sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma üsulları aiddir.

Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə internetdən təhlükəsiz istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaq və bu bilikləri şəxsi gigiyenik qaydalar kimi bir vərdiş halına çevirməkdir.