28 yanvar 2023 17:09
423

Avstriyadakı Azərbaycan icması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Avstriyadakı Azərbaycan icması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Akademik Birliyi, Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zalsburq Azərbaycan Evinin yaydıqları bəyanatlarda səfirliyə silahlı hücum qətiyyətlə pislənilib, İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından dərin narahatlıq ifadə edilib.

Qeyd edilib ki, Azərbaycan icması regionda sülh və sabitliyə mane olan bu terror aktı ilə bağlı məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların təsisatların, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdırılır və onlara təcili hüquqi və siyasi tədbirlər görmək üçün çağırış edilir.

Bəyanatlarda, həmçinin son vaxtlar İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə, 27 İran vətəndaşının Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlər üçün Qarabağ ərazisindəki erməni separatçılarının yanına keçdiyinə diqqət cəlb edilib.

Beynəlxalq ictimaiyyətdən ədalətli mövqe nümayiş etdirmək, regionda sabitlik əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmaq tələb olunub.