28 yanvar 2023 17:33
308

Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

“Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücumu pisləyir”.

“İki sahil” xəbər verir ki,  bunu Bolqarıstan Prezidenti Rumen Radev tviterdə yazıb.

O bildirib ki, belə hücumlar qəbuledilməzdir. R.Radev hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Həmçinin, Bolqarıstan Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib. Nazirliyin bəyanatında bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəliyinə edilən hücum tamamilə qəbuledilməzdir: Zərər çəkmiş hər kəsin tezliklə sağalmasını arzulayırıq. Qeyd edək ki, müvafiq konvensiyalardan irəli gələn öhdəliklər qorunmalıdır.