28 yanvar 2023 17:38
278

Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib

Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkmənistan XİN-in məlumatında deyilir.

“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik missiyaların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - məlumatda qeyd edilib.

Türkmənistan XİN həlak olanın ailəsinə başsağlığı verib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa diləyib.