28 yanvar 2023 17:42
269

Özbəkistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat yayıb

Özbəkistanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, bəyanatda Özbəkistanın Xarici İşlər Nazirliyi yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib. Nazirlik həlak olan vətəndaşın yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb. Bəyanatda bu insidentin dərindən təhqiqatı nəticəsində bütün təqsirkarların məsuliyyətə cəlb olunacağına ümid ifadə edilib.