29 yanvar 2023 03:06
519

Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi üçün hazırlıqların görüntüləri yayılıb

Sosial şəbəkədə Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi üçün hazırlıqların görüntüləri yayılıb.

“İki sahil” xəbər verir ki, görüntülərdən bəlli olur ki, səfirlik binasından əşyalar çıxarılaraq yük maşınına yüklənir.

Xatırladaq ki, daha əvvəl Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyətinin və onların ailə üzvlərinin təxliyəsinin yanvarın 29-u baş tutacağına bildirmişdi.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.