29 yanvar 2023 13:08
521

Naxçıvanda 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən sökülüb - VİDEO

Naxçıvan şəhərində sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən abidə tam olaraq sökülüb.

"Böyük bağ” ərazisində olan bu abidənin yerinə artıq kilid daşları vurulub.

“İki sahil” xəbər verir ki, Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsindən verilən məlumata görə, sökülən abidənin yerində başqa bir abidənin tikintisi gözlənilmir.

Qurum bu barədə hər hansı bir tapşırıq almayıb, boş ərazi kilid daşları ilə örtülüb və ərazi tam olaraq təmizlənib.