29 yanvar 2023 13:20
448

Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən bu gün ümumilikdə 14 avtomobil keçib

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

“İki sahil” xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib.

RSK-yə məxsus 2 minik, 11 yük maşınından ibarət maşın karvanı olub. Maşın karvanı Xankəndindən Laçın istiqamətinə hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.