Ermənistan ordusunda növbəti dəfə agent hərbçi aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Qeyd edilir ki, xüsusi xidmət orqanı əməkdaşları dövlətə xəyanət faktının üstünü açıblar. Məlum olub ki, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi xarici kəşfiyyata işləyib.