31 yanvar 2023 20:20
11272

Gənclər göstərilən etimadı doğruldurlar

Müasir dövrümüzdə gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətində vacib yer tutur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri ölkənin bütün ictimai-siyasi həyatında, elm, təhsil, idman ,iqtisadiyyat və digər sahələrdə özlərini doğruldurlar.Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəal iştirak edir. Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır.Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Eyni zamanda, ictimai-siyasi həyatda gənclərin fəallığını stimullaşdıran müxtəlif tədbirlər görülmüşdü. Heydər Əliyev xalqın  böyük tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətin diqqət mərkəzində olmuşlar.

1990-cı illərin əvvəllərində dünyada o cümlədən respublikamızda ictimai-siyasi hadisələr başladı. Gənclər qarşısında duran problemlər, vəzifələr və onların həlli yolları ümumimmilli Liderimizi daim düşündürürdü. Heydər Əliyev gənc nəslin mütəşşəkil formada yetişdirilməsi üçün 1994-cü il iyunlun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaranandan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forum müstəqil Azərbaycan Respublikasının gənclərinin hər bir sahədə aktiv iştirak etməyə daim hazır olduğunu nümayiş etdirdi.

Ümummilli liderimizin imzaladığı Fərmana əsasən 2 fevral 1997-ci il tarixi  Azərbaycan Gənclər Günü elan edilmişdir. Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursu sayılır.

Ulu Öndərin gənclərə etimadı bu gün öz təsdiqini tapmışdır. Respublikamızda gənclər siyasəti yeni mərhələsini yaşayır. Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini Prezident İlham Əliyev öz qərarları ilə təsdiq edir. Gənclərin vətənpərvərlik tərbiyəsi, mənəvi inkişafı, xarici ölkələrdə təhsili, problemlərin həlli istiqamətində görükın işlər bu sahəyə olan böyük diqqətin nəticəsidir.

Bu gün əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin cəmiyyət həyatında layiqli təbəqə kimi təhsil olunması Azərbaycan gəncliyinin uğurlu sabahlarından xəbər verir.

Fidan Əliyeva, 
YAP Xətai rayon təşkilatında məsləhətçi