02 fevral 2023 11:07
617

Sabunçuda mənzildə köməksiz qalan 2 azyaşlı xilas olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitinə uyğun xüsusi alpinist vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olaraq qapını açıblar və vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.