02 fevral 2023 19:36
589

Azərbaycanın “Avroviziya 2023” təmsilçisi 5 namizəd arasından seçiləcək FOTO

Azərbaycanın "Avroviziya"da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb.

“İki sahil” xəbər verir ki,  İlahə Dadaşova, "Avroviziya" müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrıldığını bildirib:

"Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 namizəz və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib.

Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.