03 fevral 2023 12:35
315

Boksçumuz Mərakeşdəki turnirə qələbə ilə başladı

Azərbaycan boksçusu Nəbi İsgəndərov Qızıl kəmər seriyasının Mərakeşdə keçirilən ilk turnirinə qələbə ilə başlayıb.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, 67 kq çəkidə mübarizə aparan idmançı 1/8 final mərhələsində Atomani Baroufla (Komor adaları) üz-üzə gəlib.

Görüş İsgəndərovun 5:0 (30:26, 30:24, 30:24, 30:24, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçu mübarizəyə qoşulacaq. 1/8 finalda Tayfur Əliyev (60 kq) Kərim Abdulu (Mali), Sərxan Əliyev (71 kq) Sarohatua Lumbantobinqi (İndoneziya) sınağa çəkəcək.