03 fevral 2023 13:26
267

UNEC-də müəllimlər üçün 25 fənn üzrə təlim proqramına start verilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji kadr potensialının gücləndirilməsi məqsədilə müəllimlər üçün təlimlərə start verilir.

Universitetdən "İki sahil"ə verilən xəbərə görə, fevralın 10-da başlayacaq təlimlər müasir proqramların tələblərinə əsaslanaraq, yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təlimlər UNEC tərəfindən dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı, yerli təlimçilər tərəfindən də aparılacaq.

Təlimlər “Zaman sıralarının təhlili”, “Dövlətin gəlir və xərclərinin idarə edilməsi”, “Müəssisə üçün mobil əlavələrin işlənilməsi”, “Polimer mühəndisliyi”, “Güc elektronika və elektrik intiqalı”, “Tədqiqat və layihə bacarıqları”, “Materialların təkrar emalı”, “Sosial işin qiymətləndirilməsi”, “Ekoloji biotexnologiya” və digər fənlər üzrə təşkil olunacaq.

25 fənn üzrə keçiriləcək təlimlərdə digər universitetlərin müəllimləri də iştirak edə bilərlər.

Maraqlananlar təlimlər barədə ətraflı məlumatı [email protected] elektron ünvanına müraciət etməklə və ya (050) 729 19 15 mobil nömrəsi ilə əlaqə saxlayaraq, əldə edə bilərlər.