03 fevral 2023 14:10
296

Norveç Almaniyadan 54 “Leopard 2” sifariş edəcək

Norveç hökuməti öz ordusu üçün Almaniyanın “Krauss-Maffei Wegmann” şirkətindən 54 ədəd yeni “Leopard 2” tankı sifariş edəcək.

“İki sahil” “Reuters“ə istinadla xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Store (Jonas Gahr Store) mətbuat konfransında deyib.

"Biz ordumuzu şimal qonşularımızın və bir çox NATO müttəfiqlərimizin sahib olduğu tanklarla təmin edirik", - baş nazir bildirib.

O həmçinin qeyd edib ki, ölkəsi bu sifarişdən sonra əlavə olaraq daha 18 ədəd tank almaq imkanı əldə edəcək: "Bu, Almaniya ilə əlaqələrimizi daha da gücləndirir".