03 fevral 2023 14:32
267

Aİ-nin enerji komissarı Pərviz Şahbazovla görüşüb

Azərbaycanda səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson energetika naziri Pərviz Şahbazovla görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Aİ komissarı "Twitter" hesabında bildirib.

"Keçən il enerji böhranının pik nöqtəsində Cənub Qaz Dəhlizi (CQD) Aİ üçün boru kəməri ilə qaz təchizatının həlledici mənbəyi olduğunu sübut etdi. 2022-ci ildə CQD vasitəsilə Aİ-yə ötürülən qazın həcmi 2021-ci illə müqayisədə 40%-dən çox artaraq 8 milyard kubmetrdən 11,4-ə yüksəlib".

Aİ komissarı vurğulayıb ki, 5 ildən sonra, yəni CQD-inin imkanlarının genişləndirilməsi ilə bağlı işlər başa çatdıqdan sonra boru kəməri vasitəsilə Aİ-yə hər il 20 milyard kubmetr təbii qaz ötürmək mümkün olacaq.

Aİ komissarı Kadri Simson qeyd edib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşündə tərəflərin növbəti addımları müzakirə edilib.