03 fevral 2023 14:36
264

NATO: Rusiya öhdəliklərinə əməl etmir

“Rusiya Yeni START Müqaviləsindən irəli gələn öhdəliklərinə əməl etmir”.

“İki sahil” xəbər verir ki, bu barədə Alyansın bu gün qəbul etdiyi bəyanatında bildirilib.

Qeyd olunub ki, Yeni START Müqaviləsi Rusiya və ABŞ-ın strateji nüvə qüvvələrini məhdudlaşdırmaqla beynəlxalq sabitliyə töhfə verir.

Bəyanatda qeyd olunub ki, NATO müttəfiqləri silahlara effektiv nəzarəti təhlükəsizlik Alyansın məqsədlərinə mühüm töhfə kimi nəzərdən keçirməkdə davam edirlər: “Yeni START Müqaviləsi NATO müttəfiqləri də daxil olmaqla bütün dövlətlərin milli təhlükəsizlik maraqlarına uyğun olaraq qalır. NATO müttəfiqləri ABŞ və Rusiya arasında 2021-ci ilin fevralında imzalanmış Yeni START Müqaviləsinin beş il müddətinə uzadılmasına dair razılaşmanı alqışlayıblar. Bununla belə, Rusiyanın öhdəliklərini pozması Yeni START Müqaviləsinə mənfi təsir edir”.

Bəyanatda həmçinin müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə Rusiyaya xəbərdarlıq edilib.

Xatırladaq ki, START müqaviləsi 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanıb və 2011-ci ildən qüvvəyə minib. Müqavilə 10 il müddətində qüvvədədir və 2021-ci ildə bitib. 2021-ci ildə Yeni START Müqaviləsi imzalanıb.