03 fevral 2023 15:30
335

İranla diplomatik əlaqələri hər an kəsə bilərik- Dmitro Kuleba

“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”.

“İki sahil” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.

D.Kuleba həmçinin İranın “qırmızı xətlər"i keçdiyini vurğulayıb: “Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır: “Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.

Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.