03 fevral 2023 16:18
322

Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülh üçün əlverişli şərait yaranıb- Çavuşoğlu

“Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlverişli şərait yaranıb”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşğolu argentinalı həmkarı Santyaqo Kafiero ilə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Türkiyənin məqsədi Cənubi Qafqazı sabitlik və inkişaf regionuna çevirməkdir:

“Türkiyə və Azərbaycan bu istiqamətdə səmimi addımlar atırlar”.