03 fevral 2023 16:48
232

Zaqatalada məciddə imamın vəziyyəti pisləşib, xəstəxanada vəfat edib

Zaqatalada məcidin imamı qəfil dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.