03 fevral 2023 17:34
244

Bu il Azərbaycan Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edəcək- Pərviz Şahbazov

2023-cü ildə Azərbaycandan Türkiyəyə 10 milyard kubmetr təbii qazın ixracı proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

“Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz ilə qaz, elektrik enerjisinin ixracı və tranziti kimi birgə enerji əməkdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik”, - deyə nazir bildirib.