03 fevral 2023 18:35
298

Məsut Özil karyerasını bitirir

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil karyerasını bitirdiyini açıqlayıb.

“İki sahil”  xarici KİV-ə istinadla xəbər verir ki, “Başakşəhər”in yarımmüdafiəçisi bununla bağlı komanda yoldaşlarına məlumat verib.

Belə ki, o, məşqçilər tərəfindən ciddi tənqid olunduqdan sonra bu qərara gəlib.

Xatırladaq ki, Özil 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub.