03 fevral 2023 18:53
301

Pərviz Şahbazov: Türkiyə qaz mərkəzinin funksiyalarının bir hissəsini artıq yerinə yetirir

Azərbaycan Türkiyə bazarına ənənəvi təbii qaz tədarükçüsüdür və gələcəkdə ikitərəfli münasibətlər daha da artacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyədə qaz mərkəzinin yaradılması ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə qaz mərkəzinin funksiyalarının bir hissəsini artıq yerinə yetirir və onun ərazisi ilə müəyyən qaz həcmləri nəql edilir.

Pərviz Şahbazov qeyd edib ki, Azərbaycan ənənəvi olaraq Türkiyə bazarına qaz nəql edir: "Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərini nəzərə alaraq, demək olar ki, bu iki ölkə arasında münasibətləri daha da artıracaq".