03 fevral 2023 21:45
390

Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirilib - FOTOLAR

Azərbaycan Gimnastika Federasiyasının (AGF) XIII Ümumi Yığıncağı keçirilib.

AGF-dən "İki sahil"ə verilən məlumata görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.

Hesabat xarakteri daşıyan yığıncaqda qurumun İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.