04 fevral 2023 09:07
304

Türkiyənin Adana şəhərində mikroavtobus avtomobillə toqquşub

Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

“İki sahil” xəbər verir ki, zərbənin gücündən işçiləri daşıyan mikroavtobus aşıb.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində 9 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.