04 fevral 2023 09:20
283

Zaqatalada doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Zaqatala şəhərində doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 41 m² olan mənzilin mətbəxində mebel 2 m² sahədə, döşəmə 3 m² sahədə və 1 ədəd paltaryuyan maşın yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;