04 fevral 2023 10:43
262

Dünən 24 kq narkotik aşkar olunaraq götürülüb

Ötən gün 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşlarının fevralın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,8 kiloqrama yaxın heroin, 15 kiloqrama yaxın marixuana, həmçinin 4,6 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.