04 fevral 2023 12:49
421

Əfqanıstan vətəndaşları dövlət sərhədimizi pozmağa cəhd etdilər, saxlanıldılar

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.