Gələn həftə daha bir şəhərdə və üç rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
“İki sahil” xəbər verir ki, aksiya fevralın 6-da saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Heydər Əliyev Parkı), ertəsi gün saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) keçiriləcək. Fevralın 8-də saat 13:00-dan 14:00-dək Yevlax şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), iki gün sonra saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Qarabağ Muğam Evinin qarşısı) vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlar həmin ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir