04 fevral 2023 17:44
271

Türkiyəli deputat: Azərbaycan köhnə Azərbaycan deyil

"Türkmənçay" müqaviləsindən öncə bu torpaqlarda ölkələrin yerləşməsi fərqli idi. O zaman bu coğrafiyada azərbaycanlılar - türklər var idi, ancaq çox az sayda erməni vardı. İndiki Ermənistan ərazisində o zaman sadəcə olaraq altı min erməni yaşayırdı.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Kılıc bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sonradan ermənilər dövlət qurdu və indi çox fərqli iddialar ortaya atırlar.

“Amma artıq Azərbaycan köhnə Azərbaycan deyil, Türkiyə köhnə Türkiyə deyil, qardaşlıq əvvəlkindən çox fərqlidir. Bu dönəmdə artıq kimlərəsə imkan vermək şansı yoxdur”, - deyə o əlavə edib.