04 fevral 2023 22:30
380

Ölkələrarası münasibətlər inkişaf edir

Dünyanın əksər dövlətləri müstəqil Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. Bu əməkdaşlıq siyasi əməkdaşlıqla məhdudlaşmır, sosial həyatın əksər sahələrini də əhatə edir. Rumıniya ilə də belə əməkdaşlıq mövcuddur.
Rumıniyanın Prezidenti Klaus Yohannisin Azərbaycana cari səfəri də bu münasibətlərin genişləndiyinin təsdiqidir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu iki ölkə arasında yüksək səviyyəli dialoqların fəallığını diqqətə çatdırıb, onun hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib. Ölkə başçımız Rumıniya və Azərbaycanın uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirildiyni, strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını, siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu,Azərbaycan və Rumıniya  arasında ticarət dövriyyəsinin çaxələndirilməsi üçün  də  əlavə addımlar  atılacağını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisi kimi dəyərləndirən ölkə başçımız görüşdə daha sonra qeyd etmişdir ki, yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir.
Rumıniya  və Azərbaycan  iki dost və tərəfdaş ölkə kimi  prioritet əməkdaşliq istiqamətlərindən biri olan nəqliyyat  sahəsində əməkdaşlığın  dərinləşməsində maraqlıdırlar. Tərəflər inanır ki, Bakı və Konstansa limanları arasında əməkdaşlığın genişləndirilməsi də öz müsbət səmərəsini verəcəkdir. 

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri ölkələrarası münasibətlərin səmimiliyinin və daha da yüksələcəyinin zəmanəti kimi tarixləşdi...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı