05 fevral 2023 02:41
247

2 azyaşlı mənzildə halsız vəziyyətdə aşkarlanıb

Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər azyaşlı mənzildə halsız vəziyyətdə aşkar ediliblər.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və azyaşlıları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.