05 fevral 2023 03:23
342

Tacikistanda 4,3 bal gücündə zəlzələ baş verib

Tacikistanda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri 30 min insanın yaşadığı Xoroq şəhərindən 34 km cənub-şərqdə yerləşib. Təkanları ocağı 113 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.