05 fevral 2023 08:34
287

Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki,  avtoqəza Biləcəri qəsəbəsində qeydə alınıb.

“Toyota” markalı maşının sürücüsü Xurşidbanu Natavan küçəsində yüksək sürətlə hərəkətdə olan zaman yol kənarında dayanan “Mercedes” və “Chevrolet” markalı avtomobillərə çırpılıb.

İdarəetmədən çıxan “Toyota”, yol nişanına və səkiyə çırpılaraq dayanıb. Qəza nəticəsində “Toyota”nın sürücüsü xəsarət alıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.