06 fevral 2023 09:45
514

Abşeronda narkotikin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Sumqayıt şəhər sakini Asif Axundov saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış zamanı satış üçün əldə etdiyi ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Asif Axundovun ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı onun barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.