08 fevral 2023 10:24
402

5 yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı

Türkiyədə baş verən dağıdıcı zəlzələdən ən çox zərər çəkən yerlərdən biri olan Hatayda axtarış-xilasetmə işləri gecə saatlarında da fasiləsiz davam etdirilib.

“İki sahil” xəbər verir ki, dağıntılar altından gələn uşaq səsini eşidən xilasedicilər üç saat ərzində apardıqları işin nəticəsində 51 saatdan çox dağıntılar altında qalan 5 yaşlı qız uşağını xilas ediblər.

Azyaşlı təcili tibbi yardımla xəstəxanaya aparılıb.