08 fevral 2023 14:30
566

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib -  VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Bi qədər əvvəl RSK-ya məxsus 28 maşından ibarət karvan Xankəndidən Laçına keçid edib.

Səhər saatlarından indiyədək yoldan RSK-ya aid 39 maşın keçib.

***

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

“İki sahil” xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Bir qədər əvvəl RSK-nın Xankəndidən gələn dörd yük, bir minik avtomobili aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.