Azərbaycanda olduğu kimi, xaricdə yaşayan soydaşlarımız da Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyaları həyata keçirir.
“İki sahil” xəbər verir ki, Çində yaşayan və təhsil alan azərbaycanlılar bu ölkədəki Türkiyə vətəndaşları ilə birgə yardım kampaniyasına başlayıblar. Kampaniya çərçivəsində zəlzələ bölgəsində zərərçəkənlərin yerləşdirilməsi üçün ilkin mərhələdə çadırlar alınaraq, Türkiyəyə yola salınıb. Növbəti mərhələdə digər lazımi əşyalar qardaş ölkəyə göndəriləcək.
Ötən ilin son rübündə Hörmüz boğazından gündəlik 21,6 milyon barel neft daşınıb
ABŞ BMT TŞ-də İranın nüvə ehtiyatlarına çıxış məsələsini qaldırmaq niyyətindədir