11 fevral 2023 17:42
439

FHN-in xilasediciləri dağıntılar altında 128 saat qalmış 2 bacını xilas ediblər VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.