11 fevral 2023 23:50
550

FHN-in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı Türkiyəyə çatıb

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ikinci mobil səhra hospitalı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hospitalı aparan təyyarə artıq İncirlik hava limanına eniş edib.