12 fevral 2023 17:33
617

Xilaslarını gözləyən ata və qızı dağıntılar altında oyun oynayaraq vaxt keçiriblər

Türkiyənin Hatay şəhərində 101 saat sonra dağıntılar altından sağ çıxarılan ata və qızı xilaslarını oyun oynayaraq gözləyiblər.

“İki sahil” xəbər verir ki, 43 yaşlı Cem Okur və 8 yaşlı qızı Tanem yaşadıqlarını yerləşdirildikləri xəstəxanada yerli mediaya danışıblar.

Onlar bu oyunlar sayəsində ümidlərini itirmədiklərini və qorxunu dəf etdiklərini bildiriblər.