Qardaş Türkiyədən daha bir sevindirici xəbər mərkəzi Kahramanmaraş olan zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hataydan gəldi.
“İki sahil” "TRT haber"ə istinadla xəbər verir ki, Hatayda baş verən zəlzələdə dağıntılar altında qalan 42 yaşlı Həbib zəlzələnin 170-ci saatında dağıntılar altından sağ çıxarılıb. Dağıntılar altından təkbir deyib, özü yeriyərək çıxan suriyalı axtarış-xilasetmə qrupları tərəfindən Hatay Sahə Xəstəxanasına aparılıb.
Həbib 911 Axtarış-Xilasetmə qrupları tərəfindən xilas edilib.