Dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində fevralın 1-dək pandemiyadan zərər çəkmiş sahibkarlara 42,5 milyon manat subsidiya ödənilib.
“İki sahil” xəbər verir ki, bu məlumatı Azərbaycan İqtisadiyyat Nazirliyi rəsmi “Twitter” səhifəsində paylaşıb.
Xatırladaq ki, özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ildən pandemiyadan zərər çəkmiş sahibkarlara kredit və subsidiya dəstəyi göstərilir.
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir