Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
“İki sahil” xəbər verir ki, bir qədər əvvəl Xankəndidən gələn RSK-ya məxsus 1 minik, 6 yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.
***
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
“İki sahil” xəbər verir ki, Xankəndindən gələn RSK-ya məxsus yük maşınları Laçın istiqamətinə maneəsiz keçid edib.