Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rüstəm Kərimov və Məqsəd Bayramov saxlanılıblar. Onların evlərində aparılan axtarışlar zamanı müxtəlif qablaşdırmalarda 1 kiloqram 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçüninkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrantmüsabiqəsinin nəticələrini elan edir