17 fevral 2023 12:54
551

Şeydayev: Artıq komandaya bir qol borcluyam - VİDEO

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gəldikləri (1:0) matç haqda fikirlərini bildirib.

“İki sahil” xəbər verir ki,  hücumçu oyundan sonra “CBC Sport”a açıqlamasında əvvəlcə görüş haqda təəssüratlarını bölüşüb:

“Çox sevinirəm ki, qələbə qazandıq. İlk oyunda qalib gəldiyimizə görə cavab matçına yaxşı əhval-ruhiyədə gedəcəyik”.

Şeydayev yararlana bilmədiyi penalti epizodu ilə bağlı da danışıb: "Penalti lotoreya kimidir. Əvvəllər vurmuşam, indi alınmadı. Böyük futbolçular da bəzən penaltidən yararlana bilmir. Futbolda belə də olur. Artıq komandaya bir qol borcluyam. Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağam”.