17 fevral 2023 21:10
577

Zəlzələdə 10 qohumunu itirən Karsu 89 milyon avro topladı - VİDEO

Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün Niderlandda birgə yayım hazırlanıb. Birgə televiziya yayımından sonra toplanan ianə 89 milyon avroya yaxınlaşıb.

“İki sahil”  Türkiyə KİV-ə istinadən xəbər verir ki, yardım kampaniyasının başladılmasında müğənni Karsunun böyük rolu olub.

Türkiyə vətəndaşı olan Karsu Hatayda ailənin 10 üzvünü itirib.