19 fevral 2023 01:29
708

Qəbələdə gərginlik: Ağayevin qeydə aldığı qol mübahisələrə yol açdı - VİDEO

Misli Premyer Liqasının XXIII turunda “Qəbələ” “Sumqayıt”ı qəbul edir.

“İki sahil” İdmanxeber.az-a istinadən xəbər verir ki, ev sahibi komandanın ilk hissədəki qolu mübahisələrə səbəb olub.

Belə ki, Ülvi İsgəndərovun qolundan öncə qonaqlar Rafael Utziqin “Sumqayıt”ın futbolçusu Rüfət Abdullazadəyə müdaxiləsinin qayda pozuntusu olduğunu bildiriblər.

Qonaqların baş məşqçi Samir Abasov da oyunun hakimi Əliyar Ağayevə sərt etiraz etsə də, hakimlər qolu qeydə alıb. Hətta Abasov təkrarını izlədiyi epizodu 4-cü hakimə planşeti vasitəsi ilə göstərmək cəhdi də fayda verməyib.