19 fevral 2023 19:10
662

Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım göndərilib

Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "Twitter" hesabında yazıb.

Səfir qeyd edib ki, Azərbaycanın müxtəlif şəhərlərindən göndərilən 14 yaşayış konteyneri və 3 portativ tualet Kahramanmaraşa çatıb.