Ötən gün axşam saatlarında Hatayda baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində bəzi binalar dağılıb.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda Hatayda 3 nəfər dağıntılar altında qalıb, onların xilas edilməsi üçün işlər görülür.
Dövlət rəsmiləri vətəndaşları binalara girməməyə çağırıb.